AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniyanın baş naziri Rusiya hərbçilərinə səsləndi: “Evdə oturun, məhkəməni gözləyin”

  • + A
  • - A
  • Bu gün, 22:39

    Estoniyanın baş naziri Rusiya hərbçilərinə səsləndi: “Evdə oturun, məhkəməni gözləyin”


    Estoniyanın baş naziri Rusiya-Ukrayna müharibəsində iştirak etmiş hərbçilərə və müharibə veteranlarına müraciət edərək onları Avropa İttifaqına səfər etməməyə çağırıb.

    Baş nazir Mixal sosial şəbəkə hesabında yazıb: “Hazırda üzərində işlədiyimiz mühüm məsələdir. Evinizdə oturun. Məhkəməni gözləyin”.

    O, paylaşımına Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova və Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə çəkilmiş fotosunu da əlavə edib.

    Qeyd edək ki, noyabrın 23-də Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edib.

    Yeni paket çərçivəsində 60 bankın beynəlxalq SWIFT sistemindən ayrılması təklif olunur. Bundan başqa, kriptovalyutalarla əlaqəli platformalara qarşı sanksiyaların hazırlanması üçün xüsusi işçi qrupunun yaradılması nəzərdə tutulur.

    Məhdudiyyətlər həmçinin Rusiya neftini daşıyan 70 tankeri və enerji şirkətlərini əhatə edəcək.

    Bundan əlavə, Aİ vətəndaşlarına Rusiyada fəaliyyət göstərən şirkətlərdə vəzifə tutmaq qadağan edilə bilər. Avropa Komissiyası, eyni zamanda, keçmiş rusiyalı hərbçilərə viza verilməsinin, Rusiya bayrağı altında çıxış edən idmançıların və komandaların isə Aİ ərazisində keçirilən yarışlarda iştirakının qadağan olunmasını təklif edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR