AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Avropaya əlavə hərbi qüvvələr yerləşdirə bilər

  • + A
  • - A
  • Dünən, 23:30

    NATO Avropaya əlavə hərbi qüvvələr yerləşdirə bilər


    NATO Polşanın hava məkanının ötən həftə pozulması ilə bağlı hadisələri müzakirə edib. Alyansın nümayəndələri insidentə görə Rusiyanı məsuliyyətli hesab edirlər.

    NATO-nun açıqlamasında bildirilib ki, hadisə təhlükəli xarakter daşıyıb və alyansın, eləcə də müttəfiq qüvvələrin hərbi bölmələri hava məkanının pozulmasına operativ reaksiya verib.

    “Avropada NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı hazırda əlavə qüvvələrin yerləşdirilməsi məsələsini nəzərdən keçirir. Bütün müttəfiqlər Polşa ilə tam həmrəylik nümayiş etdirirlər. NATO vahid mövqedədir, istənilən təhdidə qarşı müdafiəyə hazırdır və bu öhdəliyinə sadiqdir”, – deyə alyansın bəyanatında qeyd olunub.

    Qeyd edək ki, Polşanın hava məkanının pozulması ilə bağlı insident regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. NATO mümkün əlavə hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarı nəzərdən keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR