Xəbər verdiyimiz kimi, xaricdə yaşayan və daim Azərbaycan dövləti əleyhinə çıxışları ilə seçilən bir qrup videobloger Bakıda insanları etiraz aksiyasına çağırıblar.
Paytaxt sakinləri bu çağırışa nəyinki qoşulmayıblar, Fəvvarələr meydanında səs-küy salan bir neçə nəfəri də qınayıblar.
Millət vəkili Azər Badamov isə xaricdə yaşayan, Bakıda insanları mitinqə çağıran şəxslərin təxribatçı olduqlarını, Azərbaycanın uğurlarını həzm etməyən qüvvələrə xidmət etdiklərini deyib:
“Azərbaycan qalib dövlətdir, İlham Əliyevin bütün uğurları göz qabağındadır. Prezidentimizin siyasəti nəticəsində biz müharibədə qalib gəldik. Amma kimlərsə buna etiraz edir, aksiya keçirtmək istəyirlərsə, bu, təxribatçılıqıdır. Xarici dairələrin sifarişini yerinə yetirmək, Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəyirlər".
Redaktor.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.