AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 27-03-2021, 15:40


    "Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar həmçinin bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?"

    Azadmedia.az-ın məlumatına görə, bunu Millət vəkili Razi Nurullayev deyib.

    O Naxçıvanda toyların keçirilib-keçirilməməsindən xəbərsiz olduğunu, bunu yalnız sosial şəbəkələrdə gördüyünü bildirib:

    "Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla disskusiyalar aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyirlər. Əslində, biz də bunu istəyirik.

    Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi təzahürlərinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.

    İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da hər gün orada toplaşırlar, ad günü keçirirlər və s.

    İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonlarında hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər çöl şəraitində toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR