Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə yaradılmış Birdəfəlik dissertasiya şurasının tərkibində elmi seminarın ilk iclasları təşkil olunub. “Dinşünaslıq” ixtisası üzrə doktorant Aliyə Samir qızı Mürsəlovanın “İslamda vərəsəlik hüququ (hənəfi məzhəbi əsasında)”; dissertant Dürdanə Şükür qızı Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzularında seminarları onlayn formada keçirilib.
Məlumat üçün bildirək ki, elmi seminar öz fəaliyyətini Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair qaydalarına uyğun olaraq distant formada onlayn şəkildə keçirilir.
Aİİ-də Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.