AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar

  • + A
  • - A
  • 22-04-2021, 20:31


    Azadmedia.az xəbər verir ki, 22 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş “Yer kürəsi ümumi evimizdir” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

    Belə ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov ətraf mühitin və ekoloji tarazlığın qorunması sahəsində qlobal təşəbbüslərdə ölkəmizin fəal iştirakından, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində reallaşdırılan məqsədyönlü dövlət tədbirlərindən danışıb. MDU-da ekologiya ixtisası üzrə kadr hazırlığının və tədqiqat işlərinin həyata keçirilməsinə diqqəti çəkən V.Əyyubov sözügedən nəzəri-praktik seminarın aktual mövzuya həsr edildiyini bildirib.

    Tələbə Elmi Cəmiyyətinin sədri Günəş Şəfaqətov yeni yaradılmış “Ekologiya” tələbə elmi dərnəynin fəaliyyət istiqamətlərindən, gələcək layihələrindən və tələbə gənclərin ekoloji təfəkkürünün inkişafındakı rolundan bəhs edib.

    Seminarın moderatoru, “Ekologiya” tələbə elmi dərnəyinin rəhbəri Gülmirə Məmmədova tədbirin proqramı haqqında ətraflı məlumat verdikdən sonra məruzələr dinlənilib.
    MDU-nun tələbələrindən Günay Nəsibova “22 aprel – Ümumdünya Yer Günüdür” mövzusunda, Səma Mustafayeva “Atmosferin tənəffüs sistemində rolu” mövzusunda, magistrantlardan Sabir Əliyev “Tanınmış fotoqraflar Afrikaya niyə gedir?” mövzusunda, Zəhra Yəhyayeva “Hidrosiyasət: su uğrunda mübarizə” mövzusunda, Bakı şəhəri, 319 nömrəli orta məktəbin şagirdi Leyla Əhmədova “Canlı sinoptiklər” mövzusunda, Mingəçevir şəhəri, 16 nömrəli orta məktəbin şagirdi Nuray Məmmədli “Görkəmli şəxsiyyətlərin təbiət haqqında fikirləri” mövzusunda məruzələr ilə çıxış ediblər.

    Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və mövzu ilə bağlı verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırılıb.

    Qeyd edək ki, dünyada hər il 22 aprel tarixi Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf etdirilməsinə və gənclər arasında ekoloji maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR