AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ilinin yaz semestri üzrə dərslər başlayıb

  • + A
  • - A
  • 15-02-2021, 19:40


    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələrində yaz semestri üzrə onlayn dərslərə start verilib.
    Dərslər Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, distant (məsafədən) formada “Microsoft Teams” platforması üzərindən keçirilir.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkə ərazisində fəaliyyət göstərən ali, orta və peşə məktəblərində fevralın 15-dən etibarən xüsusi praktiki məşğələlər tələb edən ixtisaslar əyani, digər ixtisaslar üzrə dərslər distant formada (məsafədən) onlayn şəkildə başlayıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR