İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində pandemiya qaydaları gözlənilməklə istehsalat təlimi dərsləri uğurla həyata keçirilir. Bu barədə Azadmedia.az-a İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib. Qeyd edildi ki, sonuncu kursda təhsil alan tələbələr müəssisələrlə imzalanmış anlaşma memorandumu çərçivəsində birbaşa istehsalat yerində təcrübə keçirlər. Söhbət zamanı onu da öyrəndik ki, sabah 27/05/2021- ci il tarixində Mərkəzdə Açıq Qapı günü təşkil ediləcəkdir.
Açıq Qapı gününə orta ümumtəhsil məktəblərinin rəhbərləri, valideynlər, şagirdlər, işəgötürən, yerli icra və özünüidarəetmə müəssisələrinin rəhbərləri,ərazi üzrə məşğulluq müəssələrinin rəhbərləri, habelə KİV nümayəndələri dəvət edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.