AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Milli Qəhrəman və Vətən Müharibəsi Şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün büstlər hazırlanır

  • + A
  • - A
  • 13-06-2021, 22:42


    Masallı rayonunda Vətən müharibəsi iştirakçısı qəhrəmanları və Şəhidlərin ailələri həmişə dövlətin, deputat Məşhur Məmmədovun və RİH-in diqqət mərkəzindədir. Onların ailəsinə göstərilən diqqət və qayğı ilə yanaşı Milli Qəhrəman və Vətən Müharibəsi Şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün büstlər hazırlanır.
    Bu gün Masallı RİH 1-ci müavini Məmmədhüseyn Hüseynov, Masallı rayonu 70 saylı Seçki Dairəsinin deputatı Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə Milli Qəhrəman və Böyük Vətən Müharibəsi Qəhrəmanları üçün büstlər hazırlayan heykəltaraşların emalatxanasında olmuş, işlərin gedişi ilə maraqlanmışlar. Qeyd edək ki, heykəltaraşların emalatxanasında aparılan işlər daim rəhbərliyin nəzarəti altındadır. Vətən yolunda canından keçən hər bir Masallı qəhrəmanının xatirəsinin əbədiləşdirilməsi nəzərdə tutulub. Ruhları şad olsun!




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR