Seçicilərini həmişə diqqətdə saxlayan deputat Məşhur Məmmədovun təşəbbüsü ilə Birinci Qarabağ və “Vətən” müharibəsində şəhid olmuş Masallı rayonundan olan ailələrlə görüş təşkil olunub.
Azadmedia.az xəbər verir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ətəfəsində keçirilən görüşün məqsədi şəhid ailələrinin problemləri ilə yaxından maraqlanmaq, onların qayğılarını öyrənmək və köməklik göstərməkdir. Elə bu məqsədlə də millət vəkili Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynov görüşdə yaxından iştirak etmiş, şəhid ailələrini dunləmiş, onların problemlərinin həllinə kömək edəcəklərini bildirmişlər.
Qeyd edək ki, Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə Masallı rayonunda şəhid ailələri ilə mütəmadi görüşlər davam edir, onlara yardımlar edilir, qayğıları, problemləri həmişə diqqətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.