Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyit Cəbrayılda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 619-a çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.