AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə baş verən zorakılıq faktı Komitə tərəfindən araşdırıldı

  • + A
  • - A
  • 3-08-2021, 11:43

    Bərdədə baş verən zorakılıq faktı Komitə tərəfindən araşdırıldı

    Bərdə rayonunda 16 yaşlı qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırıldı.
    Ötən gün Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə səfər ediblər. Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbət aparılıb.
    Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixososial dəstəyə ehtiyacı olmadığı bildirildi.
    Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.
    Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR