Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Məktəblinin dostları” üçün maarifləndirici təlimlərə start verilib.
Təlimlərin əsas məqsədi “Məktəblinin dostları”na uşaqlarda yaranan müxtəlif davranış problemlərinin həlli üçün çıxış yolları tapmaqda istiqamət vermək və qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaqdan ibarətdir.
“Uşaq və yeniyetmə psixologiyası”, “Uşaq və yeniyetmələrin yaş böhranları”, “Böhran dövründə qarşılaşdıqları problemlər”, “Uşaqlarda güvən hissini necə formalaşdırmalı?”, “Onlarla doğru ünsiyyət qurmanın yolları” mövzularını əhatə edən təlimlərdə 70-ə yaxın “Məktəblinin dostu” iştirak edir.
TDM-in Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova tərəfindən gün ərzində 4 saat olmaqla təşkil olunan təlimlərdə mövzulara uyğun praktik məşğələlər keçirilir, müvafiq söhbətlər aparılır, onlara tövsiyələr verilir.
Həmçinin təlimlərdə mövzular ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.