AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid İntiqam Əsgərlinin büstü hazırlanır

  • + A
  • - A
  • 18-08-2021, 18:55


    Vətən qəhrəmanı, 30 illik həsrəti sonlandıran Azərbaycanımızın igid oğlu, Masallı Şəhər Viləş kəndində anadan olan İntiqam Əsgərlinin Masallı Qəhrəmanlar Parkında qoyulacaq büstü yekunlaşmaq ərəfəsindədir. Bu münasibətlə qəhrəman şəhidimizin anası Ziba xanım, həyat yoldaşı Bayram kişi ilə hazırlanan büstə baxış üçün heykəltəraş Aqşinin iştirakı ilə sənət əsərinə baxış keçirdilər və məsləhətləşmə apardılar. Şəhidin valideynləri heykəltəraş Aqşinin əməyindən razı qaldıqlarını bildirdilər və ona təşəkkür etdilər. Vətən Müharibəsi Qəhrəmanı şəhidimizin anası Ziba xanım görülən işlərə təşkilatçılıq edən Milli Məclisin deputatı hörmətli Məşhur Məmmədova ailələri adından təşəkkürünü bildirdi. Heykəltəraşın atasl İlqar və 2 oğlu fədakar əməkləri ilə diqqət çəkirlər.
    Qeyd edək ki, Masallı Şəhərinin Qəhrəmanlar parkında Zəfər bayramına hazırlıq işləri gedir. 5 Milli Qəhrəmanımızın büstləri və I və II Qarabağ müharibəsinin 242 şəhidinin qara mərmər lövhədə şəkilləri Qəhramanlar Parkında girişin sağ və sol hissəsinə xüsusi hazırlanmış divarlarda yerləşdiriləcək.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR