Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 6 994 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 2 381 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 159 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.
Ötən ay BŞTİ-yə 3 409 sənəd (vətəndaşlar tərəfindən 1 727 ərizə, Təhsil Nazirliyindən 223, digər qurumlardan 170, məktəblərdən 1 020 məktub, 31 strukturdaxili yazışma və 238 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 045 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, məktəbəhazırlıq, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.