AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və idman naziri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna seçilmiş bir qrup uşaqla görüşüb

  • + A
  • - A
  • 17-11-2021, 12:39


    16 noyabr 2021-ci il tarixində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqların bir qrupu ilə görüşüb.

    Görüş zamanı Fərid Qayıbov dövlət gənclər siyasəti, eləcə də bədən tərbiyəsi və idman sahəsində prioritet məsələlərdən danışıb.

    O, uşaqların ictimai fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayaraq onların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün bu cür forumların keçirilməsini yüksək qiymətləndirib.
    Daha sonra nazir uşaqları maraqlandıran sualları cavablandırıb və onlara forumun işində uğurlar arzu edib.

    Sonda xatirə şəkli çəkilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR