AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlər davam etdirilir

  • + A
  • - A
  • 24-01-2022, 17:06

    Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması  üzrə tədbirlər davam etdirilir

    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həyata keçirilən islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bələdiyyələrin səlahiyyətləri genişləndirilir, maliyyə vəziyyəti yaxşılaşdırılır. Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri tədbirlər görülür, o cümlədən metodoloji kömək göstərilir.
    Nazirliyin Bələdiyyələrlə iş mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
    Ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın uğurlu inkişafını, Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində azad edilmiş doğma torpaqlarımızın dirçəldilməsi istiqamətində aparılan nəhəng bərpa-quruculuq işlərini vurğulayıb. Əhalinin yerli sosial-iqtisadi məsələlərinin həllində iştirak edən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirləri qeyd edib.
    Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, onların fəaliyyətinin qanunauyğun təşkili və metodoloji kömək sahəsində ötən il görülən işlərdən danışıb, daxil olan bələdiyyə aktlarının inzibati nəzarət qaydasında qanunvericiliyə uyğunluğunun yoxlanıldığını bildirib, yerli özünüidarəetmədə rəqəmsal innovasiyaların tətbiqini, o cümlədən “bələdiyyələrlə iş portalı”nın əhəmiyyətini və onun təkmilləşdirilməsi ilə bağlı görülən tədbirləri qeyd edib.
    Həmçinin qanunsuz olaraq verilmiş torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə geri qaytarıldığı, bələdiyyə üzvü və qulluqçularının maarifləndirilməsi, eləcə də bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunması, yerli büdcə gəlirlərinin artırılması üzrə aparılan davamlı işin müsbət nəticələri diqqətə çatdırılıb, yerli özünüidarəetmə sahəsində aidiyyəti qurumlarla və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan bəhs olunub.
    Müşavirədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunacaq illik məruzənin layihəsi müzakirə olunaraq təkmilləşdirilməsinə dair tapşırıqlar verilib.
    Bununla yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığılması, yerli özünüidarəetmədə müasir İKT-lərin tətbiqi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və digər məsələlərlə bağlı çıxışlar dinlənilib, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, bu sahədə problemlərin həlli istiqamətində bələdiyyələrə metodoloji köməyin gücləndirilməsi ilə bağlı tədbirlər müəyyən edilib.
    Tədbirə yekun vuran nazir müavini dövlət başçısının cari ilin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsinə diqqət çəkərək ölkəmizin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyənləşdirildiyini, yerli özünüidarəetmə fəaliyyətinin də müasir dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini bildirib, qarşıda duran vəzifələrin mütəşəkkil icrası, o cümlədən vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, korrupsiyanın yolverilməzliyi ilə bağlı və digər konkret tapşırıqlar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR