AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadmedia.az-ın Baş direktoru Xəlil Xəlilov - "274 saylı məktəblə son vaxtlar sözügedən məktəblərin müqayisəsi ölçüyə gəlməzdir"

  • + A
  • - A
  • 27-01-2022, 15:30

    Azadmedia.az-ın Baş direktoru Xəlil Xəlilov - "274 saylı məktəblə son vaxtlar sözügedən məktəblərin müqayisəsi ölçüyə gəlməzdir"

    Cəmiyyət nəsil dəyişikliyinin səviyyəsi üçün narahatdır, çünki buna özü də cavabdehlik daşıyır. Cəmiyyət məktəbin hazırlığında maraqlıdır, məktəb də yetişdirdiklərinin gələcəyi üçün elə narahatdır, maraqlıdır. Vətəndaş cəmiyyətinin formalaşması da məhz buradan keçir. Əlbəttə ki, məktəb direktorunun şəxsi keyfiyyətləri, səviyyəsi, hazırlığı, təşkilatçılıq qabiliyyəti müəllimlər üçün bir örnəkdir. Məktəbin formalaşması onun ad-sanının artması üçün nə qədər önəmlidirsə, mütərəqqi ənənənin davam etdirilməsi də bir o qədər vacibdir..
    Əlbəttə ki, şagird müstəqil olmaq, hökm vermək, qərara öz ağlı və düşüncəsi ilə gəlmək istəyir, ona bu sahədə yaxın köməkçi həm də öz müəllimidir - peşə əxlaqının görünməyən tərəflərindən biri də budur. Məktəb, təhsil elə bir sahədir ki, hər gün müəllimin təkmilləşməyə, yeniləşməyə və həyatda olan yenilikləri öz dərslərinə tətbiq etməyə ehtiyac duyulur.

    Elə bu məsələdən yola çıxaraq, Azadmedia.az-ın Baş direktoru Jurnalist Xəlil Xəlilov Facebook sosial media hesabı üzərindən - "Son vaxtlar məktəblər barədə yazılanları ürək ağrısı ilə izləyirəm. Oğlumun təhsil aldığı 274 saylı məktəblə sözügedən məktəblərin müqayisəsi ölçüyə gəlməz dərəcədədir. Direktor Nəriman Mürsəliyev, kollektiv və şagirdlərlə mükəmməl əlaqə qura bilib. Eşq olsun 274 saylı məktəbin kollektivinə və şagirdlərinə! Rəhbərlikdən çox şey asılıdır fikrimcə. Nəriman müəllim bunu bacarıb," - deyə münasibət bildirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR