AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionlarda ictimai iştirakçılıq təşviq ediləcək

  • + A
  • - A
  • 28-02-2022, 18:39

    Regionlarda ictimai iştirakçılıq təşviq ediləcək

    İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlayıb.
    Bu barədə Azadmedia.az-a layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Təşkilat sədri qeyd edib ki, layihənin məqsədi ictimai iştirakçılığı təşviq etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına dəstək göstərməkdir.

    Cəsarət Hüseynzadə bildirib ki, ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. İdarəetməyə yeni baxış formalaşıb. Bu baxımdan paralel olaraq ictimai iştirakçılığın inkişafı da köhnədən qalan bəzi mənfi tendensiyaların aradan qaldırılmasına ictimai töhfə olacaqdır: “Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub. Vətəndaş cəmiyyətinin ictimai iştirakçılıqla bağlı mövqeyinin gücləndirilməsi üçün dəstək layihələrinə ehtiyac vardır.”


    Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Sumqayıt, Şirvan şəhərləri, Salyan və Quba rayonlarında ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbirlər təşkil ediləcək.
    Eyni zamanda həmin regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq. Həmçinin layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq vətəndaş cəmiyyəti təşkilatları və dövlət qurumları nümayəndələri arasında paylanılacaq. Layihənin 3 ay müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR