AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərsu” ASC-də İctimai Şuraya üzvlük üçün namizədlərin qeydiyyatı başa çatıb

  • + A
  • - A
  • 4-05-2021, 12:52

    “Azərsu” ASC-də   İctimai Şuraya üzvlük üçün namizədlərin qeydiyyatı başa çatıb

    “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətdə yaradılacaq İctimai Şuraya üzvlük üçün namizədlərin qeydiyyatı başa çatıb.
    01-30 aprel 2021-ci il tarixlərində vətəndaş cəmiyyəti institutları tərəfindən 16 nəfərin namizədliyi ilə bağlı müraciət daxil olub. Həmin müraciətlər “Azərsu” ASC yanında İctimai Şuranın Seçki Komissiyası tərəfindən yoxlanılıb. Təqdim olunan sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olduğundan müraciət edən bütün namizədlər qeydiyyata alınıb. İctimai Şuraya üzvlüklə bağlı keçiriləcək seçkilərdə vətəndaş cəmiyyəti institutlarının aşağıda adları qeyd olunan namizədləri iştirak edəcək.

    1. Mətanət Cəfərova “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi
    2. Elməddin Muradov “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi
    3. Eyyub Hüseynov “Azad İstehlakçılar” İctimai Birliyi
    4. Xədicə Mikayılova Əlillər Cəmiyyəti İctimai Birliyi
    5. Tələt Qəribov “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi
    İctimai Birliyi
    6. Rövşən Abbasov “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi
    7. Cavid Şahverdiyev “Azərbaycan Demokratik İslahatların İnkişafı
    Mərkəzi İctimai Birliyi
    8. Rauf Zeyni Milli QHT Forumu
    9. Anar Nuriyev “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai
    Birliyi
    10. Fikrət Yusifov “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar
    İctimai Birliyi
    11. Mirzə Məmməd Vəliyev Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi
    12. Aytən İmanova Beynəlxalq Hidroloji Proqram İctimai Birliyi
    13. Qayıbəyi Hacımətov “SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi”
    İctimai Birliyi
    14. Qorxmaz İbrahimli “Biosfer” İctimai Birliyi
    15. Ramil Osmanlı Əmlak Ekspert Mərkəzi
    16. Qəmzə Yusubova “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi

    İctimai Şuraya seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-da Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.
    “Azərsu” ASC yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı davam edir. Səsvermədə iştirak etmək istəyənlər 24 may 2021-ci il tarixinədək məlumatlarını anar.cabrayilli@azersu.az elektron ünvanına göndərməlidir. Əlaqələndirici şəxs: Anar Cəbrayıllı, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü +994 12 431-47-67 (daxili 1030).
    Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şura “Azərsu” ASC sədrinin 17 mart 2021-ci il tarixli 158 nömrəli əmrinə əsasən yaradılır. İctimai Şura “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.
    “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, “Azərsu” ASC yanında İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR