Milli Məclisin deputatı Nurlan Həsənov seçicilərini qəbul edib. 5 mart tarixində Şəmkir şəhəri Heydər Əliyev mərkəzində baş tutan qəbulda 50-dən çox seçici iştirak edib. Qəbul barədə Azadmedia.az-a məlumat verən millət vəkili ümumilikdə təxminən 50-dən çox vətəndaşı tək-tək dinlədiyini bildurib. N.Həsənovun bildirdiyinə görə qəbulda qazilərimiz, şəhid ailələri, həm də digər seçiciləri iştirak edub. Qəbula gələnlərin əsas istəyi nə ollub? - sualımıza cavab olaraq deputat müraciətlərin əsasən su qıtlığı, torpaq bölgüsü problemi, əlilliyin təyin olunması, Tatarlı kəndindən bir şəhid ailəsinin evinə qaz xəttinin çəkilməsi (Azəriqaz İB), işıq dirəklərinin yenilənməsi, işsizlik, sosial yardım və s. ilə bağlı olduğunu bildirib: "Qəbulda iştirak edənlər arasında sırf təşəkkür etmək üçün Zəyəm qəsəbəsindən gələn vətən müharibəsi iştirakçısı, dostum İlkin də var idi"...
Bütün müraciətlər nəzarətdə saxlanılmaqla müvafiq qurumlara deputat sorğuları göndərəcəyini bildirən Nurlan Həsəbov ümid edir ki, problemlərin həllinə dövlət qurumları ilə seçicilər arasında körpü yaratmaqla birgə nail ola biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.