AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsinin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 16-03-2022, 17:43

    Dövlət Komitəsinin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
    16 mart tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Şamaxı rayonun Şamaxı rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.
    Qəbulda Şamaxı və Qobustan rayonundan olan 50-yə yaxın sakinin ərizə, müraciət və təkliflərinə baxılıb. Qəbulda iştirak edən vətəndaşların müraciətləri sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərlə bağlı olub və onların sualları fərdi qaydada cavablarla təmin edilib.
    Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin Komitənin səlahiyyətləri çərçivəsinə aid olmayan bəzi vətəndaşların ərizələri aidiyyəti üzrə göndəriləcək.
    Qəbula gələn vətəndaşlar yaradılan şəraitə və göstərilən qayğıya görə razılıqlarını bildiriblər.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR