ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla hərbi münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib.
O bu haqda Ağ Evdə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak etdiyi görüş zamanı danışıb.
Keynin də fikrincə, əməliyyatın genişləndirilməsi ABŞ-nin sursat ehtiyatlarını daha da tükəndirəcək.
Pentaqondakı bir mənbə CNN-ə təsdiqləyib ki, əməliyyatlar hazırda dayandırılıb. Hərbçilərin İran ərazisinə zərbələri dayandırmasına nəyin səbəb olduğu məlum deyil. Məlumata görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasını İranla münaqişədə təmkinli davranmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.