AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bakı Şəhər Halqası” cərimələndi

  • + A
  • - A
  • 25-03-2022, 11:19

    “Bakı Şəhər Halqası” cərimələndi


    Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” cərimələnib.

    “Qafqazinfo” xəbər verir ki, “Bakı Şəhər Halqası”nın Əməliyyat Şirkəti yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədib. Nəticədə şirkət barəsində məhkəmə iddiası qaldırılıb. İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılır.

    “Bakı Şəhər Halqası” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozub. Maddənin tələblərinə əsasən, şirkət sükan arxasında yol hərəkəti qaydalarını pozmuş şəxs barəsində müvafiq dövlət orqanına məlumat verməyib. Əməliyyat şirkətini 300 manat cərimə cəzası gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR