Bakıda İstiqlaliyyət küçəsində yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumatına görə, 4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanılıb.
Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə avtomobillərini parklamasınlar. Trend
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.