Brend saatların satışı ilə məşğul olan “VMF” şirkəti cərimələnib.
AzadMedia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi monitorinqlər zamanı “VMF” şirkətində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Şirkətin əməkdaşlarının tibbi maskadan istifadə etməməsinə görə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilib.
Buna görə “VMF” şirkəti 600 manat cərimə edilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır. Martın 29-da baxış iclası keçiriləcək.
Qeyd edək ki, “VMF” şirkəti bağlanmış “ANS” TV-nin prezidenti Vahid Mustafayevə məxsusdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.