Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.
Bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib. Onun sözlərinə görə az öncə eks-prezidentin nəşi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:
“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Eks-prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.