Milli Məclisin deputatı Nurlan Həsənov 13 fevral tarixində Çənlibel və Qasımalılar kəndlərində keçirdiyi ənənəvi vətəndaş qəbulu zamanı kənd sakinləri millət vəkilindən yol qəzalarının azaldılması üçün yardım istəmişdi. Seçicilər qeyd etmişdi ki, Şəmkir-Gədəbəy yolunun kənd ərazisindən keçən hissəsində tez-tez nəqliyyat qəzaları baş verir. Onlar bu səbəbdən ərazidə sürətölçən radar sistemlərinin qurulması üçün milllət vəkilindən səslərinin əlaqədar orqanlara çatdırılmasını xahiş etmişdilər.
Millət vəkili səsləmdidilən müraciətlə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə deputat sorğuları ünvanlayıb və müsbət nəticə əldə edilib. Tezliklə hər iki kənddə radar sistemləri quraşdırılacaq.
Azadmedia.az Millət vəkili Nurlan Həsənovun seçicilərlə sözügedən görüşünün və edilən müraciətin fotolarını təqdim edir:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.