AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsi Bakı Metropoliteni ilə birgə aksiyaya başladı

  • + A
  • - A
  • 11-04-2022, 11:54

    Dövlət Komitəsi Bakı Metropoliteni ilə birgə aksiyaya başladı

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi maarifləndirmə tədbirləri keçirir.
    Bu tədbirlərin davamı olaraq Bakı Metropoliteni ilə birgə növbəti maarifləndirmə aksiyası başladılıb.
    Aksiya çərçivəsində Dövlət Komitəsinin “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə hazırladığı “Valideyn qayğısı – usaqların təhlükəsizliyi”, “Uşaqları sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qoruyaq!”, “Sizin qızınız olacaq!”, “18 yaşadək evlilik - Uşaq evliliyidir!” mövzusunda posterlər Bakı Metropoliteninin reklam lövhələri və monitorlarında nümayiş etdirilib.
    Maarifləndirmə kampaniyası 8 sentyabr tarixinədək davam edəcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR