AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilinin köməkçiləri 6 şəhid ailəsini ziyarət etdi

  • + A
  • - A
  • 27-05-2022, 20:46

    Millət vəkilinin köməkçiləri 6 şəhid ailəsini ziyarət etdi

    Vətən Müharibəsindən bizi iki ilə yaxın müddət ayırsa da, Şəhid ailələri daim 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədovun diqqətindədir. Millət vəkili seçki dairəsinə daxil olan hər bir şəhidin mövludu və anım günündə şəhid ailələrinin yanında olmağa çalışır. Bunu mənəvi borc hesab edən M.Məmmədov özü rayonda olmayanda da, köməkçilərini mütləq şəhid ailələrini ziyarətə yollayır. Azadmedia.az-ın Cənub bölgəsindən verilən məlumata görə may ayında Məşhur Məmmədovun köməkçiləri aşağıda adları çəkilən şəhidlərin evində olmuş, onların mövludunu ailə üzvləri ilə keçirmiş, qayğı və problemləri ilə maraqlanmışlar.

    Masallı şəhərindən olan şəhid Əliyev Emin Adil oğlunun doğum günü münasibəti ilə - 14.05.1973

    Masallı şəhər İsgəndərli ərazisindən Vətən müharibəsi şəhidi Şahhüseynli Zeynal Fizuli oğlunun doğum günü münasibətilə - (17.05.2022)

    Masallı rayon Alışanlı kəndindən olan şəhid Şirəliyev Racı Qafil oğlunun doğum günü münasibəti ilə - 10.05.1974

    Masallı şəhər Digah küçəsi,
    II Qarabağ müharibəsi şəhidi, Seyfullayev Araz Elsəvər oğlunun mövludu münasibətilə

    Masallı rayon Alışanlı kəndi,
    I Qarabağ müharibəsi şəhidi, Abbasov Vüqar Xeyrulla oğlunun mövludu münasibətilə

    Masallı rayon Xırmandalı kəndi,
    I Qarabağ müharibəsi şəhidi, Qasımov Rüstəm Qənimət oğlunun münasibətilə.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Rəmzi Şahverdiyev






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR