AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədovun köməkçiləri Masallı şəhər II Qarabağ şəhid ailəsinə baş çəkiblər

  • + A
  • - A
  • 5-04-2022, 19:51

    Deputat Məşhur Məmmədovun köməkçiləri Masallı şəhər II Qarabağ şəhid ailəsinə baş çəkiblər

    Millət vəkili köməkçiləri Masallı şəhər II Qarabağ şəhidinin ailəsinə baş çəkiblər.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayonu 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Masallı şəhəri Zərifə Əliyeva küçəsindəki ünvanda yaşayan II Qarabağ müharibəsi şəhidi Qasımov Cəbrayıl Baloğlan oğlunun ailəsini ziyarət ediblər. Yaxınları şəhidimiz barədə öz təəssüratlarını bölüşüblər.

    Millət vəkili M.Məmmədov adına köməkçiləri şəhid ailəsini dinləyərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

    Həmçinin bildirilib ki, igid oğullarımızın döyüş yolu gələcək nəsillər üçün əsl örnək olacaq, Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımız xalqımızın əbədi olaraq yaddaşında yaşayacaq.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev başda olmaqla, millət vəkili M.Məmmədova və hər kəsə təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, millət vəkilinə şəhid ailəsinin problemi ilə bağlı məlumat verildikdən sonra ailənin problemi dərhal həll edilib.

    Şəhidimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Cəbrayıl Qasımovun timsalında bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR