AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədovun köməkçiləri Ağakişibəyli kəndində şəhid ailəsinə baş çəkiblər

  • + A
  • - A
  • 4-04-2022, 18:31

    Deputat Məşhur Məmmədovun köməkçiləri Ağakişibəyli kəndində şəhid ailəsinə baş çəkiblər

    Bu gün I Qarabağ müharibəsi şəhidi İsmayılov Qəhrəman Həmzə oğlunu doğum günüdür (04.04.1973).

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, bu münasibətlə Masallı rayonu 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyev Masallı rayonu Ağakişibəyli kəndində Şəhidin ailəsini ziyarət ediblər.

    Millət vəkili adına köməkçiləri şəhid ailəsini dinləyərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

    Eyni zamanda, bildirilib ki, onların döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev başda olmaqla, millət vəkili M.Məmmədova və hər kəsə təşəkkürlərini bildiriblər.

    Allah bütün şəhidlərə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR