AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

  • + A
  • - A
  • 21-06-2022, 15:07

    BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

    Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
    Qonaqlara sessiyanın təşkili və gedişatı barədə məlumat verilib. Bildirilib ki, BDU-da iyunun 3-dən başlayan 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyulun 1-dək davam edəcək. Bu gün 220 qrup üzrə 5000-dən çox tələbə imtahan verir.
    Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.
    Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR