AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələ Uşaq Reabilitasiya mərkəzinə media-tur təşkil edilb

  • + A
  • - A
  • 5-07-2022, 12:50

    Qəbələ Uşaq Reabilitasiya mərkəzinə media-tur təşkil edilb

    Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulub və reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır.
    Onlardan biri də bir neçə ay öncə istifadəyə verilmiş Qəbələ Uşaq Reabilitasiya Mərkəzidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün bizi bura ilə tanış etdi.

    Təbiətin qoynunda müasir üslubda tikilmiş mərkəz ən modern avadanlıqlarla təmin olunub. Belə ki, burada uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.

    Mərkəzin direktoru Vidadi Qarayev bizimlə söhbətində müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzinin də ötən ilin dekabr ayında istifadəyə verildiyini bildirdi. Dedi ki, əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün atılan addımlar özünü doğrultmaqdadır:
    “Müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1 000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib”.


    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Nabat Abdulova isə çıxışında qeyd etdi ki, mərkəzin dekabrda açılışı olmasına baxmayaraq bu gün kifayət qədər uşaq burada psixoloji reabilitasiya xidmətlərindən istifadə edib:

    “Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. 25 çarpayılıq Mərkəzdə müasir tələblərə uyğun şərait yaradılaraq vətəndaşların istifadəsinə verilib. Burada uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir. Psixoloji sərbəstlik – sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu, eyni zamanda sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaradılması və sair xidmətlər göstərilir”.

    Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin həkim-pediatr Aygün Süleymanova bizimlə söbətində qeyd etdi ki, burada ilk istifadəyə verildiyi gündən çalışır:
    “Mərkəzimizdə uşaqlarımıza həm stasionar, həm də ambulator şəraitdə müayinə və müalicə aparılır. Fiziki cəhətdən məhdudiyyəti olan uşaqlar həkim pediatr tərəfindən müayinə olunur, sonra xəstəliyinə və vəziyyətinə uyğun olaraq medikamentoz müalicə təyin edilir. Məqsədimiz fiziki cəhətdən məhdudiyyəti olan uşaqlarımıza tibbi, sosial və psixoloji dəstək reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunu bərpa etmək və onların cəmiyyətimizə inteqrasiyasını təmin etməkdir.
    Qəbələdə belə bir mərkəzin yaradılması bölgədə və ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətinə mühüm bir dəstəkdir”.

    Burada müalicə alan 10 yaşlı Cavadın valideyni Mehdiyeva Sevinc deyir ki, buraya Göyçaydan gəlirlər. 4 yaşından övladını reabilitasiya mərkəzlərinə aparan valideyin hər dəfə paytaxta üz tutmağa çətinlik çəkdiklərini vurğuladı: “Övladım miopiya xəsətəsdir. Artıq 7 ildir ki, reabilitasiya Mərkəzlərinə gedirik. Bakının müxtəlif reabilitasiya Mərkəzlərində olmuşuq. Bu gün isə çox sevinirik ki, öz rayonumuza yaxın yerdə belə bir reabilitasiya mərkəzi açılıb. Buradakı xidmətdən məmnunuq. Artıq övladımın sağlamlığında da irəliləyiş var”.

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla söhbət zamanı öyrənirik ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri var. Ölkəmizdə uşaq bərpa müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa edilir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR