AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAŞAT” düşərgəsinin iştirakçıları “Sehirli xalat” vasitəsi ilə keçmişə “səyahət” etdilər

  • + A
  • - A
  • 11-08-2022, 11:59

    “YAŞAT” düşərgəsinin iştirakçıları “Sehirli xalat” vasitəsi ilə keçmişə “səyahət” etdilər

    “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 5-ci həftəsi davam edir.

    Düşərgənin 3-cü gününə səhər idmanı ilə start verilib. Sonra psixoloqlarla görüş baş
    tutub.

    Uşaqlar üçün təşkil olunan film saatında maraqlı anlar yaşanıb. Belə ki, onlarla görüşə Əməkdar mədəniyyət işçisi, "Sehirli xalat" filmində Eldar rolunun ifaçısı Yusif Şeyxov və Azərbaycan Dövlət Film Fondunun kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov gəliblər. İştirakçıların çoxsaylı suallarını cavablandıran qonaqlar uşaqlara müxtəlif filmlərdən ibarət hədiyyələr təqdim ediblər.

    Sonra uşaqlar qonaqlarla birgə "Sehirli xalat" filmini izləyiblər.

    Günün sonunda əyləncəli musiqi saatı təşkil olunub.
    Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

    Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

    Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR