AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-in tabeliyində olan Respublika Kliniki Xəstəxanasının tibbi laboratoriyaları yenilənib

  • + A
  • - A
  • 12-08-2022, 18:36

    TƏBİB-in tabeliyində olan Respublika Kliniki Xəstəxanasının tibbi laboratoriyaları yenilənib

    TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Respublika Kliniki Xəstəxanasının tibbi laboratoriyaları tamamilə yenilənib.

    Laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib.

    Respublika Kliniki Xəstəxanasında Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.

    Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA, PZR və s. sistemləri ilə təchiz olunub.

    Eyni zamanda, laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib.

    Artıq ambulator və stasionar pasientlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər.

    Qeyd edək ki, pasientlər tamamilə elektronlaşdırılmış analizlərinin nəticələrini Respublika Kliniki Xəstəxanasına gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə www.its.gov.az saytından əldə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR