Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
TƏBİB-dən
Azadmedia.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyə Şöbəsində davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.