Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd uşaqların şəxsiyyət kimi formalaşması, vətənpərvərlik və mili-mənəvi dəyərlər ruhunda tərbiyəsi, maraq dairələrinə aid olan məsələlərdə iştirakının təmin edilməsidir.
Qeyd edək ki, respublika üzrə 14-18 yaş qrupları arasında keçiriləcək müsabiqə ilə əlaqədar 7 oktyabr 2022-ci il tarixində Dövlət Komitəsinin rəsmi internet səhifəsində elan yerləşdirilib. Müsabiqəyə elektron layihə təqdimatlarının qəbulu 27 oktyabr 2022-ci il tarixinədək davam edib və ümumilikdə 358 uşağın müraciəti qeydə alınıb.
10 yaradıcı layihə ikinci mərhələyə vəsiqə qazanıb və tədbir zamanı münsiflər heyəti qarşısında nümayiş etdiriləcək. Səsvermə yolu ilə 3 ən kreativ layihənin müəllifi qalib elan ediləcək.
Tədbir 04 noyabr 2022-ci il tarixində saat: 11:00-da “Holiday İnn“ otelində (ünvan: Kövkəb Səfərəliyeva küç. 5) baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.