AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq

  • + A
  • - A
  • 4-11-2022, 11:29

    Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq

    Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək.

    Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Azadmedia az-a bildirib ki, çaya balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi buraxılacaq.

    Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılmasının Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edən Nazirlik rəsmisinin sözlərinə görə, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və bu aksiyalar gələcəkdə də davam edəcək.

    "Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verən bu cür aksiyalarda balıq yetişdirən müəssisələri yaxından iştiraka, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR