Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov ötən gecə müalicə aldığı xəstəlikdən Türkiyədə vəfat edib.
Sosial şəbəkələrdə vəzifədə olarkən kurasiyasında olan Bakının Binəqədi rayonu, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarında restoran, hotelləri, zavod və müəssisələri, biznes obyektləri sayəsində 15 milyardlıq vəsait əldə edərək ofşorlara çıxardığı bildirilir.
Fazil Məmmədov nazir postundan getdiyindən sonra səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Onun əvvəlcə qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yayılsa da, sonradan həkimlər onun pankreatit (mədəaltı vəzin iltihabı) xəstəliyindən əziyyət çəkdiyi açıqlamışdılar.
Sabiq nazir ötən gecə 58 yaşında dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.