Cəlilabad RTS-nin verdiyi bərbad yazılmış Diplom sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Başdan-ayağa qrammatik səhvlərlə tərtib edilmiş Diplomdakı bağışlanmaz səhvləri görməzdən gələn Cəlilabat Rayon Təhsilinin sektor müdiri A.Ağayev imzasını bu sözügedən diplomlara atıbsa, bu, o deməkdir ki, özü də Azərbaycan dilinin qrammatikasını bilmir.
Xatırladaq ki, direktorlardan ibarət təşkil edilmiş konfransda təhsil naziri Emin Əmrullayevin müəllimlərin adi sözləri düzgün yaza bilməməsini məzəmmət etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.