"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qaliblərindəndir. Bizm QHT
“Şırvan zonasında həssas qruplardan olan qadın və qızların özünü məşğulluq proqramına cəlb olunması təşəbbüsləri - İnformasiya-treninq layihəsini 01.10.2022-30.11.2022-ci il tarixlərində Şirvan zonasının Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında icra etməyə başlayıb.
Layihənin koordinatoru "Qadın və
Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Direktoru
Südabə Şirəliyevadır.
Layihəyə bacarıqlı təlimçilər dəvət edilmişdir.
Qeyd olunan rayonların hər birində birinci mərhələnin təlimləri başa çatmış, ikinci mərhələnin təlimləri davam edir.
Layihə çərçivəsində adları qeyd olunan rayonların həssas qruplarından olan qadın və qızların öz bizneslərini təkcə aqrobiznes sahəsində deyil, eyni zamanda məişət xidməti, ticarət, iaşə xidməti və kənd turizminin inkişafı və digər sahələrdə də şəxsi təşəbbüsləri və maraqlarını nəzərə almaqla , kiçik və orta sahibkarlığın inkişafı üçün bilik və bacarıqlarını yüksəltməyə diqqəti artırmağa ehtiyac var.
Bu layihəni həyata keçirməklə regionda həssas qruplardan olan qadın və qızların bilik və bacarıqlarının artırılmasına ehtiyacın vacibliyini nəzərə almışıq. Çox təssüf ki, layihə həyata keçirilərkən region qadınlarnın doğrudan da informasiyadan uzaq qaldıqlarını müşahidə etdik. Bu problemin qismən həll edilməsi üçün biz bu layihə çərcivəsində region qadınlarının biliklərini, bacarıqlarını üzə çıxarmağa çalışacağıq.
Layihəyə maraq böyük olsa da COVİD-19 pandemiyasının region əhalisinə təsirini uzun illər aradan qaldırmaq üçün uzun müddət lazımdır.
Bu qadınlar cəmiyyətdə öz bacarıqları ilə yenidən seçilmək üçün mövcud şəraitin qiymətləndirilməsi və təxirəsalınmaz tədbirlərin, eyni zamanda davamlı təlimlərin təşkili çox vacibdir. Vəziyyət bizim QHT üçün də bu sahədə yeni layihələrin həyata keçirilməsini vacib edir. İqtisadiyyatın inkişaf etdiyi biz zamanda aqrar sahədə qadınların aktivləşməsinə ehtiyac duyulduğu bir dövrdə qadınların ikinci plana keçməsi bir problem olaraq bizi də narahat edir.
Təlimlərdə qadınların bizneslə məşğul olarkən üzləşdikləri çətinliklər, onların biznesə gətirəcəkləri yeniliklər təlim iştirakçısı kimi onlara necə dəstək ola biləcəyinə dair müzakirələr apararaq onlara gələcəyə ümüdlərini itirməməyə və inamlı olmağı öyrətməyi qarşımıza məqsəd qoymuşuq.
Regionlarda qadın sahibkarlara, ailə bizneslərinə hər cür dəstək olmaq çox vacibdir. Bu, bizim sosial missiyamızdır. Biznes qurmaq hər kəs üçün çətindir. Qadınlar da istisna deyillər. Amma nədənsə, qadın sahibkarlar ünvanlarına daha tez-tez "Bu sənin nəyinə lazımdır?!", "Cəhd etmə, onsuz da alınmayacaq” kimi sözlər eşidirlər. Bununla belə, QHT təcrübəmiz göstərir ki, qadınlar məqsədlərinə çatmaqda daha əzmkardırlar və çox vaxt işlərinə daha məsuliyyətlə yanaşırlar. Bu gün tərəfdaşlarımızdan, dostlarımızdan rəy almaq, nələrin sahibkarların bizneslərini asanlaşdıracağını və gələcəkdə tərəfdaşı olaraq qadın sahibkarlığını necə dəstəkləyə biləcəyimizi öyrənirik və bu barədə layihəmizin hesabatında bu haqda geniş yazacağıq.
Onu da qeyd etməliyəm ki, regionda keçirdiyimiz layihələrdə dövlət qurumları ilə də əməkdaşlıq edirik. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOBİA) (KOB Dostu) Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin bu rayonlarda olan nümayəndələri təlim iştirakçılarını maraqlandıran sullara cavab verirlər.
“Qadın və Müasir Dünya” SX Mərkəzi İB – 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.2008-ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Xüsusi Konsultativ Statusa malik QHT-dir.
QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası): Azərbaycanda qadınlara praktiki yardım göstərmək və İnformasiya – treninq proqramlarının təşkili.
"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə
Mərkəzi İctimai Birliyinin
Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
cwmw_az@yahoo.com
+994503322618