AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhər prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

  • + A
  • - A
  • 11-11-2022, 16:01

    Bakı şəhər prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

    Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq noyabrın 11-də növbəti “Açıq qapı günü” təşkil edilib.

    Bakı şəhər prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək olub.

    Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib.

    Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

    Tədbir zamanı Bakı şəhər prokurorluğunun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışılıb.

    Həmçinin, iştirakçılara xarici təhsil müəssisələrində biliklərə yiyələnməklə hazırda prokurorluq orqanlarında xidmət keçən əməkdaşlar barədə məlumat verilib, son dövrlərdə xaricdə ali hüquqi təhsil almış gənc hüquqşünaslar tərəfindən prokurorluq orqanlarına xidmətə qəbul olunmaq üçün maraq göstərildiyi vurğulanıb.

    Gənc hüquqşünaslar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verilib, onlarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

    Sonda xatirə fotoşəkli çəkdirilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR