AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB və USAİD arasında əməkdaşlıq müzakirə olunub

  • + A
  • - A
  • 16-11-2022, 12:31

    TƏBİB və USAİD arasında əməkdaşlıq müzakirə olunub

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovla ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) səhiyyə məsələləri üzrə ekspertləri arasında görüş keçirilib.
    Ekspertlərin səfərinin məqsədi Azərbaycanda səhiyyə sisteminin ehtiyaclarını müəyyən etmək və USAID-in Azərbaycanda həyata keçirdiyi layihələri müzakirə etməkdir.
    Sözügedən görüşdə USAID-in Vaşinqton Ofisinin səhiyyə üzrə eksperti Mark Austin, USAID-in Vaşinqton Ofisinin idarəetmə məsələləri üzrə eksperti Sarah Svift, USAID-in Azərbaycan Nümayəndəliyinin idarəetmə məsələləri üzrə əməkdaşı Bianka Ksoll, USAID-in Azərbaycan Nümayəndəliyinin missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi, USAID-in Azərbaycan Nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Strateji inkişaf depatamentinin rəhbəri Yaqut Qarayeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev iştirak ediblər.
    TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov USAID-in bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vasitəsilə əhalinin sağlamlığı ilə bağlı fövqəladə halların qarşısının alınması, xəstəliklərin erkən aşkar edilməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanda maliyyələşdirdiyi layihələri yüksək qiymətləndirib. İcraçı direktor Azərbaycanın səhiyyə sistemi, həyata keçirilən layihələr, TƏBİB haqqında qonaqlara ətraflı məlumat verib.
    USAID Azərbaycanın missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi TƏBİB ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, USAID-in Azərbaycanda “Pandemiyaya Cavab Tədbirləri” layihəsi ölkədə həyata keçirilən səhiyyə islahatlarına və Azərbaycan əhalisinə daha yaxşı səhiyyə xidmətinin çatdırılması istiqamətində dəstək olmağa davam edəcək.
    Görüşdə Azərbaycan səhiyyə sistemi və USAID ilə birlikdə həyata keçirilmiş layihələr, o cümlədən ölkədə təcili tibbi yardımın xidmət keyfiyyətinin artırılması, infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihə, Azərbaycanda Pandemiyaya qarşı mübarizə tədbirləri, səhiyyə qurumları arasında koordinasiya məsələləri müzakirə edilib.
    Qeyd olunub ki, USAID-in maliyyələşdirdiyi layihələr çərçivəsində ÜST vasitəsilə TƏBİB-lə sıx əməkdaşlıq edilir.
    Yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə işçi qüvvəsinin bilikləri təkmilləşdirilir, təlim və simulyasiya mərkəzinin, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyasının yaradılması istiqamətində işlər görülür.
    Görüşdə bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində səhiyyə sahəsinin inkişafına xidmət edən layihələrin reallaşdırılması qərara alınıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR