AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Övladlığa uşaq götürmə hamı üçün əlçatandırmı?

  • + A
  • - A
  • 18-11-2022, 08:56

    Övladlığa uşaq götürmə hamı üçün əlçatandırmı?

    Son illər ailələrdə sonsuzluq barədə tez-tez eşidirik. Bəziləri bunu qida ilə, digər ətraf amillərlə bağlayır. Əksər vaxt ailələr dağılsa da, süni mayalanma ilə bu problemi yoluna qoyan ailələr də olur, övladlığa uşaq götürməklə də. Kimlər övladlığa uşaq götürə bilər? Yaş məhdudiyyəti varmı? Ailə başçılarından biri xarici vətəndaş olarsa, bu mümkündürmü? Övladlığa verilən uşaqların sonrakı taleyi ilə maraqlanırsınızmı? Tək xanımlar övladlığa uşaq götürə bilərmi?
    Müraciət üçün Konkret telefon nömrəsi və e-poçt ünvanı varmı?
    Suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Xidmət sektorunun rəhbəri Fazil Talıbov cavablandırır

    - Kimlər övladlığa uşaq götürə bilər?
    -Övladlığagötürmə imkan verməyən xəstəlikləri olmayan şəxslər, qanunvericiliklə müəyyən edilmiş ölkə üzrə yaşayış minumumu məbləğindən (ailə üzvləri övladlığa götüləcək uşaqda nəzərə alınmaqla) az olmayan gəlirləri olan, qanunla müəyyən edilmiş qaydada ağır və ya xüsilə ağır cinayətlərə görə məhkum olunmayan, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmayan, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmayan Azərbaycan Respublikası vətəndaşı olan və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər övladlığa uşaq götürən ola bilərlər.

    - Yaş məhdudiyyəti varmı?
    - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 121.1-ci maddəsinə əsasən ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

    - Ailə başçılarından biri xarici vətəndaş olarsa, bu mümkündürmü?
    - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.24.-maddəsinə uyğun olaraq, ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla) tərəfindən övladlığa götürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürməyə bərabər tutulur. Həmçinin bu tələbə cavab verən şəxslər övladlığagötürmə üçün müraciət edə bilərlər. Eyni zamanda həmin Məcəllənin 120.5.-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.

    - Övladlığa verilən uşaqların sonrakı taleyi ilə maraqlanırsınızmı?

    - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119-1.1.-ci maddəsinin tələbinə əsəasən Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.

    - Tək xanımlar övladlığa uşaq götürə bilərmi?

    - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla nikahda olmayan Azərbaycan Respublikası vətəndaşı olan şəxslər övladlığa uşaq götürmək üçün müraciət edə bilərlər.

    - Sual çox gəlir bu mövzu ilə bağlı. Müraciət üçün Konkret telefon nömrəsi və e-poçt ünvanı varmı?
    - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-sosial.az internet protalı, 142 Çağrı Mərkəzi, Sosial Xidmətlər Agentliyinin 116123 Qayğı Çağrı Mərkəzi və 0125254130 nömrəsi vasitəsi ilə müraciət üzrə suallara cavab tapmaq mümkündür.
    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR