AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni layihəyə start verib

  • + A
  • - A
  • 18-11-2022, 10:25

    Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni layihəyə start verib

    Orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsi üçün fənlər üzrə sınaq imtahanı sual kitabçaları dərc olunub.
    Kitabçalar ilkin mərhələdə 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Hər sinif üzrə 4 sınaq kitabçasının nəşr olunması nəzərdə tutulur. Hər sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir.
    Kitabçada hər bir fənn üzrə 10 test tapşırığı (5-ci sinif 5 fənn, 6-cı sinif 10 fənn, 7 və 8-ci siniflər 11 fənn) verilib.
    Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş «Cavab kartı» yerləşdirilib.
    Cavab kartındakı QR kod vasitəsilə şagirdlər otk.az portalına keçid edərək əlavə ÖDƏNİŞSİZ daha bir onlayn sınaq imtahanı da verə biləcəklər.
    Cavab kartındakı QR kod vasitəsilə otk.az portalına keçərək və ya https://otk.az/?menu=sualkitabchalari ünvanına daxil olaraq test tapşırıqlarının cavablarını müvafiq xanalara daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür.
    Bu kitabça vasitəsilə:
    - MÜƏLLİMLƏR keçilən mövzular üzrə şagirdlərinin biliyini operativ yoxlaya bilərlər;
    - VALİDEYNLƏR ev şəraitində sınaq imtahanı keçirməklə övladlarının hazırlıq səviyyələrini müəyyənləşdirə bilərlər .
    - ŞAGİRDLƏR mövzular və fənlər üzrə biliyini yoxlaya, həmçinin ev şəraitində onlayn sınaq imtahanından da yararlana bilərlər.
    Sual kitabçalarını (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür. Yalnız orijinal sual kitabçalarından istifadə etdikdə ÖDƏNİŞSİZ sınaq imtahanından istifadə edə bilə və sual kitabçası üzrə nəticənizi əldə edə bilərsiniz. Kitabçaların qiyməti 3 manatdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR