AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəmqazından və qazsızmadan qorunmağın yolları açıqlandı

  • + A
  • - A
  • 18-11-2022, 13:56

    Dəmqazından və qazsızmadan qorunmağın yolları açıqlandı

    Qarşıda qış mövsumü gəlir. Qaza tələbat artır, təbii ki, qaza təlabat artdıqca təəssüf ki, dəmqazından boğulma, qaz partlayışları barədə xəbərlərə rast gəlinir. Abonentlər qəzadan qaçmaq üçün nə etməlidir? Azadmedia.az-ın sualını cavablandıran "Azəriqaz" İB-nin SƏTƏM şöbəsinin rəisi İlkin Behbudov bildirdi ki, dəmqazından boğulmaların 95 faizi hamam otaqlarında olur, səbəb qaz cihazlarının hamam otağında yerləşməsidir. Baca təmizlənmir, qapılarda dəliklər olmur, cihazın özündə problem olur, bədbəxt hadisə baş verir. Ən təhlükəsiz çıxış yolu cihazların hamam otağından çıxarılmasıdır. Avtomatik 95 faiz bədbəxt hadisə azalar.
    Xırdalanda baş verən partlayışla bağlı məlumat verən İ.Behbudov qeyd etdi ki, mətbəxin yeri dəyişiləndə qaydalara əməl edilmədiyi üçün faciə baş verib. İlkin Behbudov fürsətdən istifadə edib abonentləri mətbəxin yerini dəyişərkən mütəxəssislərlə iş görməyi məsləhət verdi. Abonentlərə simvolik qiymətə qazsızmasını aşkar edən cihaz paylamaq olarmı sualına? Azəriqaz İstehsalat Birliyi rəsmisi cavab verdi ki, istənilən Qaz idarəsinə yaxınlaşıb ödəmə etməklə sızmanı aşkar edən deduktor quraşdırmaq mümkündür. 60 manat civarında olan bu cihaz yeni qazlaşmada bütün mənzillərə tətbiq edilir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR