AY partiya başqanı Anar Əsədlinin ölkədən çıxışına DİN qadağa qoyub.
Azadmedia.az xəbər verir ki, bu barədə Anar Əsədli paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik:
"Bu gün Ankaraya səfərim var idi və hal hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hal-hazırda Heydər Eliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.
Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.