18 noyabr 2022-ci ildə Şamaxı rayonunda "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi "Qadın və qızların özüna məşğulluq proqramına cəlb olimçasının perspektivləri" mövzusunda treninq keçirdi.
Xatırladaq ki, "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Qrant layihəsi çərçivəsində 18 noyabr 2022-ci ildə "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Şamaxıda yaşayan qadınlarla treninq-görüşdə müxtəlif dövlət qurumları, təlimçilər, eləcə də öz bizneslərini qurmaq istəyən qadınlar iştirak edib. Rayon məşğulluq idarəsini əməkdaşı xanımlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramında qadınların da fəal iştirakına şərait yaradılması haqqında məlumat verdi. O qeyd etdi ki, bu sahədə işlərin davamı kimi, paytaxt və bölgələrdə bir qrup qadına mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Treninq-görüşdə "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin rəhbəri Südabə xanım Şirəliyeva qadınların fərqli peşələrə yiyələnməsinin və əmək bazarına uyğunlaşmasının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, rəhbərlik etdiyi İctimai Birlik tərəfindən davamlı olaraq qadınların məşğulluğuna dəstək olmaq, onların dayanıqlı iş yeri ilə təmin olunması, həmçinin kiçik sahibkar kimi formalaşmaları üçün dəstək layihələri həyata keçirilir.
Daha sonra qrant layihəsi çərçivəsində görülən işlər, layihənin dayanıqlılığının və davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə təqdimat edilib, görüş panel müzakirələrlə davam etdirilib.
Südabə xanım söhbət zamanı qeyd etdi ki, regionda keçirdiyimiz layihələrdə dövlət qurumları ilə də əməkdaşlıq edirik. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOBİA) (KOB Dostu) Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, Dövlət Məşğulluq Agentliyinin layihələr həyata keçirdiyimiz rayonlarda olan nümayəndələri təlim iştirakçılarını maraqlandıran sullara cavab verirlər.
Xatırladaq ki, “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
2008-ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Xüsusi Konsultativ Statusa malik QHT-dir.
QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası): Azərbaycanda qadınlara praktiki yardım göstərmək və İnformasiya – treninq proqramlarının təşkilidir.
Ənənəvi olaraq treninqlər zamanı qadınlara bildirildi ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq.
Elnura Abuşova
Layihənin informasiya üzrə əlaqələndiricisi
“Qadın və Müasir Dünya” Mərkəzi
Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
(+99450)332 26 18
cwmw_az@yahoo.com