AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsi sədrinin Sabirabadda vətəndaş qəbulu keçirilib

  • + A
  • - A
  • 23-11-2022, 23:52

    Dövlət Komitəsi sədrinin Sabirabadda vətəndaş qəbulu keçirilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.

    Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

    Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.

    Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətləri cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR